Avrasiya İqtisadi Birliyinin iclası Almatıda keçirilir
Avrasiya İqtisadi Birliyinin (AİB) Hökumətlərarası Şurasının iclası fevralın 3-də Qazaxıstanın Almatı şəhərində təşkil edilib.

Avrasiya İqtisadi Birliyinin (AİB) Hökumətlərarası Şurasının iclası fevralın 3-də Qazaxıstanın Almatı şəhərində təşkil edilib.
Qazaxıstanın Baş naziri Əlixan Smailovun ev sahibliyi ilə iki gün davam edəcək toplantıda Birliyin digər üzvləri, Rusiyanın Baş naziri Mixail Mişustin, Belarusun Baş naziri Roman Qolovçenko, Qırğızıstanın Baş naziri Akikbek Caparov və Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak edir.
İki gün davam edəcək iclasda bir araya gələn tərəflər ilk gün AİB çərçivəsində ümumi qaz bazarının yaradılması, alkoqol bazarının tənzimlənməsi və regional inkişaf institutlarının fəaliyyəti ilə bağlı beynəlxalq sazişin hazırlanmasını müzakirə ediblər.
Bu gün keçiriləcək geniş tərkibdəki iclasda gündəliyin digər məsələləri, xüsusilə də Birliyə üzv dövlətlər arasında ticarət-iqtisadi əməkdaşlıq, texniki tənzimləmə, dəmir yolu və yük daşımaları, enerji kimi məsələlər müzakirə olunacaq.
AİB Hökumət başçıları 5-ci Rəqəmsal Almatı Beynəlxalq Forumunda da iştirak edəcəklər.