İran zəlzələ ilə bağlı Azərbaycanın yardım təklifini qəbul etməyib
Azərbaycan dövləti İranın Xoy şəhərində zəlzələdən zərər çəkmiş soydaşlara yardım etməyə hazırdır, lakin İran buna imkan vermir.

Azərbaycan dövləti İranın Xoy şəhərində zəlzələdən zərər çəkmiş soydaşlara yardım etməyə hazırdır, lakin İran buna imkan vermir.
Bu barədə diplomatik mənbələrdən əldə edilən məlumatda bildirilib.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Azərbaycan dövləti Tehran səfirliyinə hücumla bağlı iki ölkə arasında son böhrana baxmayaraq, İranın Xoy şəhərində zəlzələsindən sonra bu ölkəyə yardım təklif edib.
Rəsmi Tehran Azərbaycanın yardım təklifini qəbul etməyib.
Zəlzələdən zərərçəkənlərə yardım etməyən İran hökuməti başqalarının da yardım göstərməsinə imkan vermir.
Qeyd edək ki, yanvarın 18 və 28-də İranın mütləq əksəriyyəti azərbaycanlıların yaşadığı Xoy əyalətində zəlzələ baş verib.
Zəlzələlər nəticəsində mindən artıq insan yaralanıb, 3 nəfər ölüb.
Әlaqәli Xәbәrlәr
İraqda sel fəlakəti
İraqda leysan yağışlar nəticəsində baş verən daşqınlardan sonra 3 şəhərdə rəsmi tətil elan edilib.