İran məsuliyyətin İsrailin daşıdığını bildirdi

İSNA informasiya agentliyi xəbər verir ki...

1941003
İran məsuliyyətin İsrailin daşıdığını bildirdi

 

  İran Müdafiə Nazirliyinin İsfahandakı obyektinə hücumla bağlı ilkin araşdırma göstərib ki, hücuma görə məsuliyyəti İsrail daşıyır.

  İSNA informasiya agentliyi xəbər verir ki, bu iddianı İranın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Amid Səid İrəvani irəli sürüb. O, BMT Təhlükəsizlik Şurası və baş katibə ünvanladığı məktubda İsrail hakimiyyətinin döyüşkən bəyanatlarını mühakimə etməyə çağırıb.

  İran mediasının məlumatına görə, yanvarın 29-na keçən gecə İsfahan şəhərindəki hərbi obyektə dronlarla hücum edilib. Xəsarət alan olmayıb, obyektə cüzi ziyan dəyib.

 



Әlaqәli Xәbәrlәr