İranın dəstəklədiyi əcnəbi terrorçu qruplara hava hücumu təşkil edilib
Suriyanın Deyr əz-Zor əyalətinin Əlbukemal rayonunda naməlum silahlı pilotsuz uçuş aparatlar İranın dəstəklədiyi əcnəbi terrorçu qrupların maşın karvanına hava hücumu həşkil edilib.

TRT-nin yerli mənbələrə istinad etdiyi xəbərinə görə Əlbukemal qəsəbəsinin yaxınlığında İranın dəstəklədiyi xarici terrorçu qruplara məxsus logistika karvanına aviazərbə təşkil edilib. Bildirilir ki, hücumu mənşəyi naməlum silahlı pilotsuz uçuş aparatlar həyata keçirib.
Məlumata görə hücum zamanı İraqdan Suriyaya daxil olan və Əlbukemal qəsəbəsinin Herri kəndində hədəf alınan maşın karvanında qutularla dolu ən az 4 yük maşını bombalanıb. Hücumda həyatını itirən və ya yaralananlar barədə məlumat yoxdur.
Әlaqәli Xәbәrlәr

Yunanıstanın zəlzələ bölgəsinə dəstəyi davam edir
Yunanıstanın zəlzələ bölgəsinə göndərdiyi 250 ton yardım vəsaiti Ədirnə şəhərinə çatıb.
Yaponiya Baş nazirinin Ukrayna səfəri başlayır
Yaponiyanın Baş naziri Fumio Kisida bu gün Ukraynada səfərdə olacaq.