Azərbaycan və İran XİN rəhbərləri arasında telefon danışığı olub

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib ki, Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücum iki ölkə arasındakı münasibətlərə təsir etməməlidir.

1938949
Azərbaycan və İran XİN rəhbərləri arasında telefon danışığı olub

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib ki, Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücum iki ölkə arasındakı münasibətlərə təsir etməməlidir. 
Hüseyn Əmir Abdullahiyan hücumun  İran və Azərbaycan təhlükəsizlik rəsmilərinin əməkdaşlığı ilə araşdırılmasını təklif edib.
İran Xarici İşlər Nazirliyindən verilən bəyanata görə, Hüseyn Əmir Abdullahiyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın İrandakı səfirliyinə edilən hücumla bağlı telefon əlaqəsi saxlayıb.
Görüş zamanı Abdullahiyan bir səfirlik əməkdaşının öldüyü və iki məmurun yaralandığı hücumu pisləyib, mərhumun ailəsinə və azərbaycanlı həmkarına başsağlığı verib.
Abdullahiyan hücumun İran və Azərbaycan arasındakı münasibətlərə mənfi təsir göstərməməsinin vacibliyini vurğulayıb.
Hüseyn Əmir Abdullahiyan həmçinin hücumun İran və Azərbaycan təhlükəsizlik rəsmilərinin əməkdaşlığı ilə araşdırılmasını təklif edib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da öz növbəsində  iranlı həmkarının hadisənin araşdırılması üçün əməkdaşlıq edilməsi ilə bağlı təklifini yüksək qiymətləndirib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. 
Tehran Polis İdarəsinin rəisi Hüseyn Rəhimi hücumçunun hadisədən sonra tutulduğunu və ilkin araşdırmalara görə hücumun “şəxsi və ailəvi problemlərə görə” həyata keçirildiyini açıqlayıb.
Azərbaycan Xarici İşlər Nazirliyi də hücumu pisləyib və Tehran səfirliyinin təxliyə ediləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr