Dmitriy Peskov Ukraynaya silah tədarükünə münasibət bildirib

Rusiya Prezident administrasiyası Kremlin sözçüsü Dmitriy Peskov, ABŞ və Almaniya başda olmaqla bəzi qərb ölkələrinin Ukraynaya tank göndərmə qərarına münasibət bildirib.

1938266
Dmitriy Peskov Ukraynaya silah tədarükünə münasibət bildirib

Dmitriy Peskov paytaxt Moskvada jurnalistlərə verdiyi açıqlamada, qərb ölkələrinin Ukraynaya silah tədarüki ilə bağlı bəyanatlarının qəbul edilməz olduğunu ifadə edərək: “Avropa paytaxtlarından və Vaşinqtondan dəfələrlə yayılan açıqlamalarda müxtəlif silah sistemləri, o cümlədən tankların Ukraynaya göndərilməsinin bu ölkələrin və ya alyansın (NATO) Ukraynadakı münaqişəyə cəlb olunması mənasını vermədiyinə diqqət çəkiblər. Ancaq bu sözlər doğru deyil və biz qəti şəkildə onlarla razılaşmırıq. Sözügedən ölkələrin cəhdləri birbaşa müharibəyə iştirak deməkdir. Biz Alyansın (NATO) və Aİ ilə ABŞ_ın Ukraynaya hər cür dəstəyini münaqişədə birbaşa iştirak hesab edir və bu cəhdlərin artdığını görürük”-deyə Dmitriy Peskov vurğulayıb.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden Ukraynaya 31 “Abrams” tankının veriləcəyini açıqlayıb.

Almaniya kansleri Olaf Şolz da ölkəsinin Ukraynaya hərbi dəstəyini daha da gücləndirəcəyini və “Leopard 2” tanklar göndərmək qərarına gəldiklərini bildirib.

Bəzi Avropa ölkələri də Leopard 2 tanklarını Ukraynaya göndərməyə hazır olduqlarını qeyd ediblər.



Әlaqәli Xәbәrlәr