Ukraynada məmurlara məzuniyyəti xaricdə keçirməyə qadağa qoyuldu
Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski öz "telegram" kanalında məlumat verib

Ukraynanın dövlət qulluqçularına və deputatlarına məzuniyyətə və ya dövlətin ehtiyacları ilə bağlı olmayan digər məqsədlər üçün xaricə getmələri qadağan edilib. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski öz "telegram" kanalında məlumat verib. Onun sözlərinə görə, bununla bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı var.
“Məmurların xaricə getməsi ilə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının fundamental qərarı var. Bu, mərkəzi hakimiyyətin bütün məmurlarına, digər müxtəlif səviyyəli yerli idarəetmə orqanlarına, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, deputatlara, prokurorlara və bütün şəxslərə aiddir”, - V.Zelenski bildirib.
“İndi dincəlmək istəsələr, dövlət qulluğundan kənarda dincələcəklər. Artıq məmurlar nə məzuniyyətə, nə də başqa qeyri-dövlət məqsədləri üçün xaricə gedə bilməyəcəklər", - dövlət başçısı izah edib.
Әlaqәli Xәbәrlәr

"Ukraynaya ilk yardım olaraq 120-140 müasir tank çatdırılmalıdır", D.Kuleba
Dmitri Kuleba: "Ukrayna müttəfiqlərindən ilk yardım dalğasında 120-140 müasir Qərb tankı almalıdır"