Rusiya Ukrayna cəbhə xəttindəki hərbçi sayını artırdı
Rusiya Ukrayna cəbhə xəttində10 minlərlə yeni hərbçi yerləşdirib.

ABŞ-ın yüksək rütbəli hərbi rəsmisi Rusiyanın Ukraynanın şərqinə on minlərlə yeni əsgər gətirdiyini, lakin cəbhə xəttinə gətirilən bu yeni qoşunların da təchizat və təlim baxımından qeyri-kafi olduğunu bildirib.
ABŞ Müdafiə Nazirliyində (Pentaqon) yüksək rütbəli ABŞ hərbi rəsmisi bildirib ki, Rusiya Bəhmut qəsəbəsi yaxınlığındakı ərazilərə də nəzarəti ələ keçirməyə çalışır və bölgədə qarşıdurmalar davam edir.
Rusiyanın böyük itki verdiyini qeyd edən rəsmi: “Qoşunların gücləndirilməsi və itirilmişlərin əvəzlənməsi baxımından bu rəqəm kifayət qədər yüksək olsa da, bu qüvvələrin hazırlığında ciddi irəliləyiş yoxdur. Təlim və avadanlıq baxımından zəif, tələsik döyüşə göndərildi”.
Әlaqәli Xәbәrlәr

"Ukraynaya ilk yardım olaraq 120-140 müasir tank çatdırılmalıdır", D.Kuleba
Dmitri Kuleba: "Ukrayna müttəfiqlərindən ilk yardım dalğasında 120-140 müasir Qərb tankı almalıdır"