İranın XİN rәhbәri Avropa Parlamentinə reaksiya verdi

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Avropa Parlamentində (AP) qəbul edilən və İnqilab Keşikçiləri Korpusunu terrorçular siyahısına salınmasını nəzərdə tutan qanun layihəsinin Avropa üçün baha başa gələcəyini deyib.

1937189

İran dövlət televiziyasının məlumatına görə, Abdullahiyan Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclasında çıxış edib.

Hüseyn Əmir Abdullahiyan AP-də qəbul edilən və İnqilab Keşikçiləri Korpusunun terrorçular siyahısına salınmasını nəzərdə tutan qanun layihəsinə reaksiya verib. 

"Şübhəsiz ki, bu cür emosional hərəkətlərin nəticələri Avropaya baha başa gələcək. Ona görə də düzgün yol diplomatiya, konstruktiv qarşılıqlı fəaliyyət və rasionallığa yönəltməkdən keçir'',-deyə İranın xarici işşlər naziri qeyd edib.

Yanvarın 19-da Avropa Parlamenti Avropa İttifaqının İrana və İranın dini lideri Ayətullah Əli Xamenei və prezident İbrahim Rəisiyə sanksiya tətbiq edilmsini və İnqilab Keşikçiləri Korpusunun Aİ-nın terrorçular siyahısına salınmasını tələb edən  qətnamə layihəsi qəbul edib.

Әlaqәli Xәbәrlәr