“Türkiye ilə məntiqli şəkildə oturub əsas problemimizi həll etməyi bacarmalıyıq", K.Mitsotakis

Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis Türkiye ilə problemlərinin masa arxasında tapa biləcəyinə inandığını və iki ölkə arasında ehtimal olunan müharibə görmədiyini bildirib.

1935479
“Türkiye ilə məntiqli şəkildə oturub əsas problemimizi həll etməyi bacarmalıyıq", K.Mitsotakis

Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis Türkiye ilə problemlərin həlinin masa arxasında tapa biləcəyinə inandığını və iki ölkə arasında ehtimal olunan müharibə görmədiyini bildirib.

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu (WEF) çərçivəsində müsahibəyə qatılan Kiryakos Mitsotakis, Türkiye ilə Yunanıstan arasında son üç ildə xeyli gərginliyin olduğunu və problemlər üçün həll yolu tapıla biləcəyini müdafiə edib.

Mitsotakis jurnalist Fareed Zakarianın Meis adası ilə bağlı təhlükənin olub-olmaması və Türkiye ilə müharibə ehtimalına dair suala cavabən deyib ki, Türkiye ilə müharibə etməyəcəyik.

Türkiye ilə Yunanıstan arasındakı əsas problemin Egey və Şərqi Aralıq dənizində dəniz yurisdiksiyası ərazilərinin məhdudlaşdırılması olduğunu müdafiə edən Mitsotakis “Türkiye ilə məntiqli şəkildə oturub əsas problemimizi həll etməyi bacarmalıyıq" deyib. 

Yunanıstan və Türkiyedə seçkilərin yaxın vaxtlarda keçiriləcəyini qeyd edən Mitsotakis “Məncə, gərginliyi azaltmaq, ortaq maraq doğuran məsələlər üzərində işləmək, fikir ayrılığı olanda razılaşmaq yolları var” deyə qeyd edib. 

Kiryakos Mitsotakis prezident Rəcəb Tayyib Ərdoğanla dəfələrlə danışdıqlarını vurğulayaraq deyib ki, çox çətin günlərimiz olsa da, prezident Ərdoğanla problemlərə həll yolu tapmağın mümkünsüz olduğunu düşünmürəm.



Әlaqәli Xәbәrlәr