Şarl Mişel Ukrayna parlamentində çıxış edib

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel danışıqlar aparmaq üçün getdiyi Ukraynanın paytaxtı Kiyevdə Ukrayna parlamentində çıxış edib.

1935537
Şarl Mişel Ukrayna parlamentində çıxış edib
zelenskiy-michel.jpg

"Firavan və təhlükəsiz Ukrayna olmadan firavan və təhlükəsiz Avropanı təsəvvür etmək qeyri-mümkündür".

Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel danışıqlar aparmaq üçün getdiyi Ukraynanın paytaxtı Kiyevdə Ukrayna parlamentində etdiyi çıxışı zamanı deyib.

Ş.Mişel yanvarın 18-də Kiyev bölgəsində yerləşən Brovari şəhərində qəzaya uğrayan helikopterdə Ukraynanın daxili işlər naziri Denis Monastirski də daxil olmaqla 14 nəfərin həlak olmasından dərin kədərləndiyini bildirib.

Fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsinin davam etdiyini xatırladan Mişel Rusiya ordusunu Ukraynada dinc əhaliyə qarşı raket hücumları təşkil etməkdə ittiham edib.

Rusiyanın hücumlarının təkcə Ukrayna üçün deyil, həm də Aİ dəyərlərinə təhlükə yaratdığını müdafiə edən Mişel "Mən bu gün sizə Ukrayna xalqına ukraynalıların yanında olduğumuzu söyləmək üçün gəldim" deyib.

Rusiyanın Ukraynanı öz nəzarəti altına almağı hədəflədiyini bildirən Mişel bu strategiyanın uğurlu olmayacağını ifadə edib. 

Ukraynanın Aİ ilə inteqrasiya prosesinin davam etdiyini qeyd edən Mişel bu prosesdə Ukrayna tərəfini dəstəkləməyə davam edəcəklərini bildirib.

Aİ olaraq 2023-cü ildə Ukraynaya 18 milyard avro maliyyə dəstəyi verəcəklərini bildirən Mişel Ukraynaya dəstək üçün 11 milyard avroluq müdafiə fondu da yaratdıqlarını deyib.

Avropa İttifaqı Şurasının prezidenti Mişel Ukrayna prezidenti Volodimir Zelenski ilə də görüşüb.

Ukrayna Prezident sarayında keçirilən ikitərəfli və nümayəndə heyətləri arası görüşlərdən sonra birgə mətbuat konfransı keçirilib.

Zelenski burada verdiyi açıqlamada Mişele ölkəsindəki təmaslarına görə təşəkkür edib.

Ukraynada Rusiyaya qarşı müharibənin davam etdiyinə diqqət çəkən Zelenski cəbhədəki son hadisələrlə bağlı Mişelə ətraflı məlumat verdiyini bildirib.

Volodimir Zelenski Ukraynaya silah yardımının davam etdirilməsini istəyib.



Әlaqәli Xәbәrlәr