Putin Korrupsiyaya görə cinayət məsuliyyəti haqqında Konvensiyanın ləğvini tələb edib

Rusiya prezidenti Vladimir Putin Rusiya Parlamentinə Avropa Şurasına üzv ölkələrlə imzalanmış Korrupsiyaya görə cinayət məsuliyyəti haqqında Konvensiyanın ləğvi ilə bağlı qanun layihəsini təqdim edib.

1930138

Putinin Dumaya təqdim etdiyi qanun layihəsində Rusiya Federasiyası adından hazırlanan və 27 yanvar 1999-cu ildə Strasburqda imzalanmış Korrupsiyaya görə cinayət məsuliyyəti haqqında Konvensiyanın ləğv edilməsi tələb olunub. 

Qanun layihəsinin əsaslandırmasında sözügedən layihənin Avropa Şurasının Rusiyanın Korrupsiyaya Qarşı Dövlətlər Qrupunda (GRECO) üzvlüyünə xitam verməsi səbəbindən hazırlandığı və belə şərtlərin Rusiya üçün qəbuledilməz olduğu bildirilib.

Әlaqәli Xәbәrlәr