Ukrayna: Müharibə ölkənin infrastrukturuna 700 milyard dollar ziyan vurub

Ukraynanın Baş naziri Denis Şmiqal Rusiyanın başlatdığı müharibənin ölkəsinin infrastrukturuna vurduğu ziyanın məbləğinin 700 milyard dolları keçdiyini açıqlayıb.

1927794

Paytaxt Kiyevdə ilin ilk Nazirlər Şurasının iclasının açılışında danışan Şmiqal Rusiya ilə Ukrayna arasında davam edən müharibəni qiymətləndirib.

Şmiqal qeyd edib ki, fevralın 24-də başlayan müharibənin Ukrayna infrastrukturuna vurduğu ziyanın dəyəri yay dövrü ilə müqayisədə xeyli artıb.

İyun ayında aparılan hesablamalara görə, müharibə səbəbindən Ukrayna infrastrukturuna 350 milyard dollar ziyan dəydiyini bildirən Şmiqal deyib:

“İnfrastrukturumuza edilən son hücumları nəzərə alsaq, hazırda bu məbləğ 700 milyard dolları ötür”. 

Baş nazir Şmiqal müharibənin ətraf mühitə vurduğu ziyanın təxminən 35,3 milyard dollar olduğunu da bildirib.

Әlaqәli Xәbәrlәr