İranda havanın çirklənməsi həyatı iflic edib

İranın paytaxtı Tehran başda olmaqla Elborz, İsfahan və Qəzvin əyalətlərinin bəzi rayonlarında havanın çirklənməsi səbəbindən təhsil bu gün və sabah onlayn davam edəcək.

1926988
İranda havanın çirklənməsi həyatı iflic edib

Tehran qubernatorluğundan verilən açıqlamada paytaxtın hava çirkliliyi indeksinin orta hesabla 165 olduğu bildirilib və bunun bütün qruplar baxımından təhlükə yaratdığına diqqət çəkilib.

Səhiyyə Nazirliyinin təklifi və Havanın Çirklənməsi ilə bağlı Fövqəladə Hallar üzrə İşçi Qrupunun razılığı nəticəsində hamilə qadınlar, 6 yaşınadək uşağı olan analar və ya ibtidai sinif şagirdləri, 50 yaşdan yuxarı, ürək, ağciyər və tənəffüs sistemi kimi xəstəliklərdən əziyyət çəkənlər, diabet, revmatizm, yüksək təzyiq və xərçəng xəstələrinin bu gün və sabah işə çıxmamaları qərarına gəlinib. Tehran qubernatorunun müavini Abed Meləki bütün dövlət qurumlarından qərarı tətbiq etmələrini tələb edib və buna əməl etməyənlərin əleyhinə məhkəmə işi qaldırılacağını bildirib.

Meleki həmçinin qeyd edib ki, əyalətin Demavend və Firuzkoh istisna olmaqla başqa şəhərlərdə məktəblər bağlanacaq. Elborz, İsfahan və Qəzvin əyalətlərinin bir çox bölgələrində universitetlər də daxil olmaqla təhsil onlayn rejimdə davam etdiriləcək.



Әlaqәli Xәbәrlәr