Rusiyadan Yunanıstana xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Yunanıstanın Ukraynanı Rusiyanın S-300 hava hücumundan müdafiə sistemləri ilə təmin etmək planlarının “təxribat” və “düşmənçilik” olduğunu bildirib.

1921156
Rusiyadan Yunanıstana xəbərdarlıq

Mariya Zaxarova Yunanıstan mətbuatında yer alan “Yunanıstan Rusiyanın S-300 hava müdafiə sistemlərini Ukraynaya təhvil verməyə hazırdır” şəklindəki iddialara münasibət bildirib.

Yunan administrasiyasının da son zamanlar oxşar açıqlamalar verdiyini ifadə edən Zaxarova, Yunan rəhbərliyinin S-300 və digər Rusiya və Sovet dövrünə məxsus hava hücumundan müdafiə sistemlərini Kiyev rejiminə göndərmək kimi təxribatçı planlarının düşmənçilik olduğunu hesab etdiklərini ifadə edərək: “Yunanıstan münaqişə bölgələrinə silah göndərməklə Ukraynanın törətdiyi cinayətə şərik olacak. Eyni vaxtda 1995 və 2013-cü illərdə Rusiya-Yunanıstan arasında bağlanan razılaşmaları pozacaq. Bu müqavilələr Yunanıstana Rusiyanın razılığı olmazdan aldığı hərbi texnikaları üçüncü ölkəyə vermişini qadağan edir. Müqavilədəki öhdəliklərin pozulması, həm Yunanıstanın müdafiə qabiliyyətinə zərbə endirər həm də sözügedən ölkənin beynəlxalq məhdudiyyətlərə biganə olduğunu göstərir”.

Kiyevə göndəriləcək bütün hərbi texnikaların Rusiya qüvvələri tərəfindən vaxtında izlənilərək məhv ediləcəyinə diqqət çəkən Zaxarova, Yunanstandan vaxt itirmədən belə təhlükəli planlardan imtina etməsini tələb edir və Yunan administrasiyasını məsuliyyətə dəvət edirik deyib.

 



Әlaqәli Xәbәrlәr