İranda yenidən etiraz aksiyaları keçirilir

İranda Məhsa Əmininin ölümümdən sonra başlayan nümayişlər bəzi şəhərlərdə davam edir.

1921002
İranda yenidən etiraz aksiyaları keçirilir

İranda Məhsa Əmininin ölümümdən sonra başlayan nümayişlər bəzi şəhərlərdə davam edir.
Gilan əyalətinin inzibati mərkəzi olan Rəşt şəhərində küçələrə axışan 
nümayişçilər rejim əleyhinə süarlar səsləndirərək yolları nəqliyyatın hərəkəti üçün bağlayıb.
Elburz vilayətinin Kərəc şəhərində aksiya keçirən nümayişçilər də hökumət əleyhinə şüarlar səsləndirərək yürüş ediblər.
Paytaxt Tehranın Cəmalzadə küçəsi və Tehranpars səmtində keçirilən aksiyalarda da hökumət əleyhinə şüarlar sərləndirilib və siyasi məhbusların azadlığa buraxılması tələb edilib.
Tehranın Vəliəsr meydanı ətrafında təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi geniş təhlükəsizlik tədbirləri diqqət çəkib.
Sentyabrın 13-də paytaxt Tehranda İrşad patrul xidməti tərəfindən saxlanıldıqdan sonra komaya düşən 22 yaşlı Məhsa Əmini sentyabrın 16-da dünyasını dəyişib. Onun ölümü etirazlara səbəb olub.
Mərkəzi Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı Məhsa Əminin ölümündən sonra başlayan nümayişlərə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində həyatını itirənlərin sayının 469 nəfərə yüksəldiyini açıqlayıb.
Edam cəzasına məhkum edilən Muhsin Şikari həbs olunduqdan 75 gün sonra dekabrın 8-də, Mecidrıza Rahneverdin isə saxlanıldıqdan  23 gün sonra dekabrın 12-də edam edilib.



Әlaqәli Xәbәrlәr