Anqarsk şəhərində neft emalı zavodunda baş verən yanğında iki nəfər ölüb

Rusiyanın Anqarsk şəhərində neft emalı zavodunda baş verən yanğında iki nəfər ölüb.

1919333
Anqarsk şəhərində neft emalı zavodunda baş verən yanğında iki nəfər ölüb

Rusiyanın Anqarsk şəhərində neft emalı zavodunda baş verən yanğında iki nəfər ölüb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamaya görə, İrkutsk vilayətinin Anqarsk şəhərində neft emalı zavodunda yanğın baş verib.

Yanğın 2000 kvadratmetrdən çox ərazini əhatə etdiyindən hadisə yerinə yanğınsöndürənlər göndərilib.

İlkin məlumatlara görə, yanğının qaz sızmasından baş verdiyi bildirilib.

Rusiya İstintaq Komitəsinin verdiyi açıqlamada yanğında 2 nəfərin öldüyü, 4 nəfərin yaralandığı qeyd edilib.

Açıqlamada hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.



Әlaqәli Xәbәrlәr