Volodimir Zelenski: "Ölkə miqyasında elektrik enerjisinin kəsilməsi davam edir"

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna miqyasında elektrik enerjisinin kəsilməsinin davam etdiyini və vəziyyətin ciddi olduğunu bildirib.

1917520
Volodimir Zelenski: "Ölkə miqyasında elektrik enerjisinin kəsilməsi davam edir"

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna miqyasında elektrik enerjisinin kəsilməsinin davam etdiyini və vəziyyətin ciddi olduğunu bildirib.

"Telegram" hesabında paylaşdığı gündəlik video mesajı ilə ictimaiyyətə müraciət edən Zelenski Rusiya qüvvələrinin son dövrlərdə elektrik infrastrukturlarını hədəfə alması nəticəsində Kiyev, Odessa, Lvov və digər bölgələrdə elektrik kəsilməsinin davam etdiyini açıqlayıb və Ukraynadakı enerji problemləri barədə "vəziyyətin ciddi olduğu"nu qeyd edib. 

Prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığı apardığını bildirən Zelenski telefon danışığında Qara dəniz taxıl dəhlizinin genişləndirilməsi ilə Türkiye və Ukrayna üçün böyük əhəmiyyət kəsb edən qlobal hadisələri müzakirə etdiklərini söyləyib.

V.Zelenski Fransa prezidenti Emmanuel Makronla da telefon danışığı apardığını bildirib.

Ukraynanın Baş naziri Denis Şmiqal da sosial şəbəkədə verdiyi yazılı açıqlamada son günlər Rusiya qüvvələrinin Ukraynanın müxtəlif bölgələrində enerji infrastrukturlarına ciddi ziyan vurduğunu bildirərək, hücumlarına diqqət çəkib.

Hücumlar nəticəsində ölkədəki bütün istilik və su elektrik stansiyalarının zədələndiyini bildirən Şmiqal deyib:

"Yüksək gərginlikli şəbəkə qurğularının 40 faizi zədələnib. Hər birimiz bilməliyik ki, bu qış elektrik enerjisi istehlakında ciddi məhdudiyyətlərdən keçəcəyik.

Hökumətin ölkə daxilində enerji problemlərinin həlli üçün lazımi vəsait ayırdığını və intensiv təmir işlərinin davam etdiyini bildirən Şmiqal xəstəxanalar, hərbi, sənaye və digər mühüm infrastruktur obyektlərinin və evlərin elektrik enerjisi ilə təmin edilməsinin prioritet olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr