İranda hava çirkliliyi, təhsil dayandırıldı

İranın Elborz və Tehran əyalətlərində yüksək hava çirkliliyi və bütün qruplar üçün qeyri-sağlamlıq səviyyəsinə görə iki gündün bağlanan məktəblər  bu gün də açılmadı.

1917605
İranda hava çirkliliyi, təhsil dayandırıldı

TRT İranın rəsmi agentliyi İRNA-ya istinadla xəbər verir ki, Elborz qubernatorluğunun Mülki Məsələlər üzrə Koordinasiya Rəhbərinin müavini Əhməd Efzeli mövzu ilə bağlı açıqlamasında hava çirkliliyinin artaraq davam etməsi səbəbindən əyalətdəki bütün rəsmi və qeyri-rəsmi təhsil müəssisələri, o cümlədən universitetlər 15 dekabr tarixinə dək tətil edilib.

Qeyd edək ki, İranın Meteorologiya İdarəsinin Milli Hava Proqnozları və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri Sadik Ziyayyan da açıqlamasında Tehran və Elborz əyalətlərində havanın çirklənməsinin bütün qruplar üçün qeyri-sağlam həddə çatdığına diqqətü çəkib.

 



Әlaqәli Xәbәrlәr