Moskvada ticarət mərkəzində baş verən yanğın nəticəsində 1 nəfər ölüb

Rusiyanın paytaxtı Moskva şəhərində “Meqa Ximki” Ticarət Mərkəzində baş verən yanğın nəticəsində bir nəfər ölüb.

1916737
Moskvada ticarət mərkəzində baş verən yanğın nəticəsində 1 nəfər ölüb

Rusiyanın paytaxtı Moskva şəhərində “Meqa Ximki” Ticarət Mərkəzində baş verən yanğın nəticəsində bir nəfər ölüb.

Bu barədə yerli Fövqəladə Hallar Xidmətindən bildirilib.

Yayılan məlumata görə, Moskvada “Meqa Ximki” ticarət mərkəzindəki partlayış olub.

Partlayışdan sonra güclü yanğın baş verib və tikilinin konstruksiyası uçub. Yanğının 5 min kvadrat metr ərazini əhatə etdiyi bildirilib.

Yanğının bir mağazada elektrik naqillərindəki qısaqapanmadan baş verməsi, daha sonra partlayış nəticəsində geniş əraziyə yayılması ehtimal olunur.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.



Әlaqәli Xәbәrlәr