İranda aksiyalara görə ilk ölüm hökmü icra edilib

İranda gənc bir qadının polis nəzarətinə götürülməsi və sonra da ölümü qarşısında başlayan nümayişlərə görə ilk ölüm hökmü icra edilib.

1916498
İranda aksiyalara görə ilk ölüm hökmü icra edilib

İranda gənc bir qadının polis nəzarətinə götürülməsi və sonra da ölümü qarşısında başlayan etiraz aksiyalarına görə ilk ölüm hökmü icra edilib.

İran ədliyyəsinə bağlı "Mizan News" agentliyinin məlumatına görə, oktyabr ayında paytaxt Tehranda Settar Xan küçəsindəki etirazlar zamanı vətəndaşları soyuq silahla hədələmək və mühafizəçini yaralamaq iddiası ilə İnqilab Məhkəməsi tərəfindən edam cəzasına məhkum edilən Möhsün Şekari bu gün səhər edam edilib.

Xəbərdə bildirilir ki, Möhsün Şekari Tehranın əsas avtomobil yolunu bağlamaqda və “Bəsic” yarımhərbi dəstəsinin üzvünü bıçaqla yaralamaqda ittiham olunur.

Möhsin Şekari İranda Məhsa Əmini etirazları ilə bağlı edam edilən ilk nümayişçi olub.

Ölkədə 3 aya yaxındır davam edən nümayişlərlə bağlı indiyədək 11 nəfər barəsində ölüm hökmü çıxarılıb. İnqilab Məhkəmələri tərəfindən çıxarılan ölüm hökmləri Ali Məhkəmə tərəfindən təsdiq edilməlidir.

Digər tərəfdən, mərkəzi qərargahı Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı (IHR) İranda gənc qadının saxlanıldıqdan sonra ölümü ilə başlayan nümayişlərdə həyatını itirənlərin sayının 458-ə yüksəldiyini açıqlayıb.

İHR-nin internet saytında dərc edilən hesabatda həyatını itirən nümayişçilərdən 29-nun qadın, 63-nün isə 18 yaşdan kiçik olduğu bildirilib.

Ölkədəki 31 əyalətdən 26-sı ilə bağlı məlumatların yer aldığı hesabatda ən çox itkilərin sünnilərin cəmləşdiyi Sistan-Bəlucistan əyalətində baş verdiyi bildirilib.



Әlaqәli Xәbәrlәr