İranda 1200-ə yaxın tələbə qida zəhərlənməsinə məruz qalıb

İki həftə ərzində İranda 4 universitetdə 1200-ə yaxın tələbənin qida zəhərlənməsinə məruz qaldığı bildirilib.

1916081
İranda 1200-ə yaxın tələbə qida zəhərlənməsinə məruz qalıb

İki həftə ərzində İranda 4 universitetdə 1200-ə yaxın tələbənin qida zəhərlənməsinə məruz qaldığı bildirilib.

İranın İSNA agentliyinin xəbərində bildirilib ki, İsfahan Texnologiya Universiteti, Kərəc müstəqil islam universiteti, Arak Texnologiya Universiteti və Tehran “Əllamə Təbatəbai” universiteti olmaqla 4 universitetin tələbələri keçən həftə zəhərlənmə əlamətləri göstərib.

Xəbərdə qidadan zəhərləndiyi bildirilən tələbələrin sayının təxminən 1200 olduğu bildirilib.

İslahatçı “Etemad” qəzetinin mövzu ilə bağlı xəbərində universitetlərin yalnız mənfəətpərəst iaşə şirkətlərinə verdiyi tenderlər nəticəsində qeyri-sağlam şəraitdə hazırlanan yeməklərin və keyfiyyətsiz qidaların tələbələrin zəhərlənməsinə səbəb olduğu bildirilib.

Tələbələr isə 4 universitetdə eyni vaxtda baş verən hadisəni "şübhəli" hesab edirlər.

İran Tələbə Birliyinin "Telegram" hesabından edilən paylaşımda zəhərlənmə hallarının planlaşdırılan 3 günlük hökumət əleyhinə etiraz aksiyalarından bir qədər əvvəl baş verdiyi qeyd edilib.

Sentyabrın 13-də paytaxt Tehranda əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra xəstələnərək xəstəxanaya yerləşdirilən 22 yaşlı Məhsa Əminin sentyabrın 16-da vəfat etməsi ölkədə hökumətə qarşı etirazlara səbəb olub.

İranın Təhlükəsizlik Şurası nümayişlərdə 200-dən çox insanın həlak olduğunu açıqlayıb.

Digər tərəfdən, Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı (IHR) isə təhlükəsizlik qüvvələrinin küçə nümayişlərinə müdaxiləsi nəticəsində 448 nümayişçinin həyatını itirdiyini bildirib.

Nümayişlər universitetlərə də sirayət edib və nümayişlərlə bağlı çoxlu tələbə saxlanılıb, bəziləri həbs olunub. Son günlər sosial media üzərindən boykot, tətil və dükanların bağlanması, o cümlədən universitetlərin bağlanmasına çağırışlar edilir.



Әlaqәli Xәbәrlәr