Kərkük şəhərindən Ankaraya birbaşa reyslər başladı

İraqın Kərkük şəhərindən paytaxt Ankaraya  İlk birbaşa uçuş həyata keçirilib.

1915079
Kərkük şəhərindən Ankaraya birbaşa reyslər başladı

Kərkük Hava Limanının mətbuat katibi Herdi Səməd bu barədə  məlumat verib.  Bildirib ki, İraq Hava Yolları (IHY) ilk uçuşunu dünən yerli vaxtla saat 17.00-da Kərkük Beynəlxalq Hava Limanından Ankaraya həyata keçirib.

Kərkük ilə Ankara arasında həftədə bir dəfə reyslərin  reallaşacağını ifadə edən  Səməd, qarşıdakı həftələrdə uçuşların artırıla biləcəyini qeyd edib. 

Əvvəllər İraqda hərbi baza kimi istifadə edilən Kərkük Hava Limanı oktyabrın 20-dən etibarən daxili və xarici reyslərə açılıb.



Әlaqәli Xәbәrlәr