Putin Şoltsla Ukrayna məsələsini danışıb

Almaniya kansleri Olaf Şolts Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Rusiya prezidenti Vladimir Putinə zəng edib.

1914083
Putin Şoltsla Ukrayna məsələsini danışıb

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Almaniya kanslerinin ofisinin yaydığı press-relizdə Şolts-Putin telefon danışığının bir saata yaxın davam etdiyi bildirib.

Qeyd edilib ki, Almaniya kansleri Rusiyanın Ukraynada mülki infrastruktura aviazərbələr endirməsini pisləyib və Almaniyanın Ukraynanı Rusiyanın təcavüzünə qarşı müdafiə qabiliyyətini təmin etməkdə dəstəkləməkdə qərarlı olduğunu vurğulayıb. Şolts Putini Rusiya qoşunlarının çıxarılmasını ehtiva edən diplomatik həlli tezliklə axtarmağa çağırıb.

 Rusiya prezidenti isə Qərb dövlətlərinin, o cümlədən Almaniyanın Kiyevi silahla təmin etməsinə diqqət çəkib.

O: “Bütün bunlar, eləcə də Ukraynaya hərtərəfli siyasi və maliyyə dəstəyi ona gətirib çıxarır ki, Kiyev istənilən danışıqlar ideyasını tamamilə rədd edir”.

Qərbin bu cür siyasəti radikal ukraynalı millətçiləri dinc əhaliyə qarşı getdikcə daha çox qanlı cinayətlər törətməyə sövq edir", - deyə Putin bildirib.

Putin Almaniyanı Ukrayna hadisələri kontekstində yanaşmalarına yenidən baxmağa çağırıb.

 



Әlaqәli Xәbәrlәr