Əfqanıstanda mədrəsədə törədilən partlayışda 19 nəfər həyatını itirib
Əfqanıstanın şimalında yerləşən Səmənqan əyalətində mədrəsədə törədilən partlayış nəticəsində 19 nəfər həyatını itirib.

Birləşmiş Millətlər Təşkilatının Əfqanıstan üzrə Yardım Missiyasının (UNAMA) “Twitter” hesabındakı açıqlamada Səmənqan vilayətinin mərkəzi rayonu Aybək Cihadiye mədrəsəsində baş verən partlayışda 23 nəfərin yaralandığı 19 nəfərin öldüyü bildirilib. Qeyd edilib ki, insident nəticəsində həyatını itirənlərin əksəriyyəti mədrəsədə təhsil alan şagirdlər olub.
Taliban Daxili İşlər Nazirliyi isə partlayışda 10 nəfərin öldüyünü açıqlayıb.
Partlayışa görə məsuliyyəti üzərinə götürən olmayıb. Bəzi mənbələrə görə kamikadze-terrorçu tərəfindən törədildiyi irəli sürülsə də bu iddia hakimiyyət orqanlar tərəfindən təsdiqlənməyib.
Xatırladaq ki, Paytaxt Kabilin qərbində yerləşən Həzara məhəlləsində lisey şagirdlərini universitetə qəbul imtahanlarına hazırlayan təhsil müəssisəsinə edilən hücumda 46-sı orta məktəbli qız olmaqla 53 nəfər həyatını itirmişdi.
Әlaqәli Xәbәrlәr

Avropa İttifaqı (Aİ) Fələstinə 199 milyon avroluq yardım paketi ayırıb
Avropa İttifaqı (Aİ) Fələstinə 199 milyon avroluq maliyyə yardımı ayırdığını açıqlayıb.