İranda etiraz aksiyaları zamanı həyatını itirənlərin sayı 448 nəfərə çatıb

Mərkəzi Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı Məhsa Əminin ölümündən sonra başlayan nümayişlərə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində həyatını itirənlərin sayının 448 nəfərə yüksəldiyini açıqlayıb.

1912726
İranda etiraz aksiyaları zamanı həyatını itirənlərin sayı 448 nəfərə çatıb

Mərkəzi Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı Məhsa Əminin ölümündən sonra başlayan nümayişlərə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində həyatını itirənlərin sayının 448 nəfərə yüksəldiyini açıqlayıb.
İran İnsan Haqları Təşkilatının yaydığı hesabatda son bir həftədə baş verən hadisələr zamanı16 nəfərin həyatını itirdiyi bildirilib.
İranın 31 əyalətində keçirilən etiraz aksiyalarında ən çox insan itkisinin Sistan-Bəlucistan əyalətində yaşandığı bildirilib.
Hesabatda Sistan-Bəlucistanda 128, Kürdüstanda 53, Qərbi Azərbaycanda 51, Tehranda 43, Mazandaranda 37, Kirmanşahda 25, Gilanda 24, Elborzda 16, İsfahanda 14, Xuzistanda 10, Farsda 8 , Rəzəvi Xorasanda 6, Zəncanda 4, Şərqi Azərbaycanda 4, Mərkəz, Qəzvində 3, Həmədanda 3, Loristanda 3, Kohgiluye-Buyer Əhməddə 2, Ərdəbildə 2, İylamda 2, Buşehrdə 2, Hörmüzqanda 2, Simnanda 1,Gülistanda 1 və Kirmanda da 1 nümayişçinin öldüyü qeyd olunub. 
Həyatını itirən nümayişçilərdən 29-nun qadın, 60-nın isə 18 yaşdan kiçik olduğu bildirilib.

Sentyabrın 13-də paytaxt Tehranda İrşad patrul xidməti tərəfindən saxlanıldıqdan sonra komaya düşən 22 yaşlı Məhsa Əmini sentyabrın 16-da dünyasını dəyişib. Onun ölümü etirazlara səbəb olub.
İran İnsan Haqları Təşkilatı noyabrın 22-də yayımladığı hesabatda Məhsa Əminin ölümündən sonra başlayan nümayişlərə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində həyatını itirənlərin sayının 416-ya yüksəldiyini açıqlamışdı.
İran İnqilab Keşikçiləri  Korpusunun komandirlərindən general Əmir Əli Hacızadə Tehrandakı bir universitetdə verdiyi açıqlamada bildirib ki, indiyədək nümayişlərdə təhlükəsizlik qüvvələri də daxil olmaqla 300-dən çox insan həyatını itirib.
İran rəsmiləri öldürülən insanların təhlükəsizlik qüvvələri tərəfindən deyil, “təxribatçılar” tərəfindən öldürüldüyünü irəli sürür.



Әlaqәli Xәbәrlәr