Rusiya, Qazaxıstan və Özbəkistan “Üçlü qaz ittifaqı” yaratmaq yolunda

TASS informasiya agentliyi xəbər verir ki...

1912445
Rusiya, Qazaxıstan və Özbəkistan “Üçlü qaz ittifaqı” yaratmaq yolunda

 

  Rusiya baş nazirinin müavini Aleksandr Novak Moskva, Astana və Daşkənd arasında “Üçlü qaz ittifaqı”nın yaradılması imkanlarının müzakirə edildiyini təsdiqləyib.

  TASS informasiya agentliyi xəbər verir ki, A.Novak sözügedən mövzu ilə bağlı deyib: “Qaz ittifaqı mavi yanacağın daşınmasını, ixracatını, emalını və kooperasiyanın digər formalarını əhatə edəcək.

  Rusiya, Qazaxıstan və Özbəkistan SSRİ dövründən vahid qaz nəqli sisteminə malikdir. Bizim təbii qazın tədarükü və emalı, həmçinin digər istiqamətlərə çatdırılması sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün böyük imkanlarımız var. Çin də bu istiqamətlərdən biri ola bilər.

  Qeyd edək ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Moskvaya 27 noyabr səfəri zamanı bu məsələni rusiyalı həmkarı Vladimir Putinlə müzakirə edib. Prezidentlər “Üçtərəfli qaz ittifaqı”nın rasional həllini tapmaq üçün üç ölkənin ekspertlərinin iştirakı ilə ətraflı danışıqlar aparmağın lazım olduğunu bildiriblər.



Әlaqәli Xәbәrlәr