İraqda dövlət bankından oğurlanan pullar geri qaytarılır

İraqın dövlət bankından bir müddət əvvəl oğurlanan 2,5 milyard dolların bir hissəsi dövlətə geri qaytarılıb.

1911624
İraqda dövlət bankından oğurlanan pullar geri qaytarılır

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani paytaxt Bağdadda keçirdiyi mətbuat konfransında jurnalistlərə bu barədə məlumat verib.

Baş nazir: “Məsələ ilə əlaqəli istintaq aparan müvafiq komissiyalar oğurlanmış məbləğin 124 milyon 600 min dollarının geri qaytarılmasını təmin edib. Sudaninin sözlərinə görə pulların oğurlanmasında dövlət qurumlarında çalışan bəzi şəxslərin rolu olub.

Sudani özünə ünvanlanan bir suala cavabən: “Hazırda həbsdə olan Nur Zuheyri oğurladığı bütün pulları geri qaytarmaq üçün zaminə buraxılacaq. Ancaq bütün pulları qaytarana qədər təhlükəsizlik qüvvələrinin nəzarətində olacaq. Pullar qaytarıldıqdan sonra yenidən mühakimə olunacaq.

Qeyd edək ki, İraqda oktyabrın 16-da bir dövlət bankından Baş Vergi İdarəsinə məxsus 2,5 milyard dollarlıq əmanət pulun oğurlandığı iddia edilib.



Әlaqәli Xәbәrlәr