İran parlamenti Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü təsdiqləyib

İran parlamenti ölkənin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olması ilə bağlı qanun layihəsini təsdiqləyib.

1911688
İran parlamenti Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü təsdiqləyib

TRT-nin  xəbərinə  görə  bu barədə “Tasnim” informasiya agentliyi məlumat yayıb.

Bildirilib ki, parlamentin açıq iclasında İranın ŞƏT-ə üzvlüyü haqqında qanun layihəsi üzrə milli təhlükəsizlik və xarici siyasət komissiyasının hesabatına baxılıb.

Parlament nümayəndələri ŞƏT-ə daxil olmağı təsdiqləyiblər. Sənədin qəbul edilməsinə 205 deputat səs verib.

Xatırladaq ki, ŞƏT 2001-ci il iyunun 15-də Çin, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan liderləri tərəfindən təsis edilmiş beynəlxalq təşkilatdır.

Hindistan və Pakistanın təşkilata  üzv olmasından sonra, 2021-ci ilin ortalarında Düşənbədə keçirilən üzv ölkələrin sammitində liderlər İranın da təşkilata tamhüquqlu üzv qəbul edilməsini təsdiq ediblər.

 

 

 



Әlaqәli Xәbәrlәr