Kərkükdə daşqınlar nəticəsində iki uşaq ölüb
İraqın Kərkük şəhərində gecə saatlarında başlayan aramsız yağış səbəbindən su altında qalan evdə eyni ailədən iki uşaq həyatını itirib.
1911255

İraqın Kərkük şəhərində gecə saatlarında başlayan aramsız yağış səbəbindən su altında qalan evdə eyni ailədən iki uşaq həyatını itirib.
Kərkük Səhiyyə Müdirliyindən verilən bəyanatda bildirilib ki, aramsız yağışlar Kərkükün Altunköprü bölgəsindəki Hasar kəndində ciddi fəsadlara səbəb olub.
Bəyanatda həmçinin Hasar kəndində bir evin su altında qaldığı,nəticədə iki uşağın öldüyü qeyd olunub.
Yanğınsöndürmə İdarəsinin əməkdaşlarının müdaxiləsi nəticəsində ailənin digər üzvlərinin xilas edildiyi bildirilib.
Әlaqәli Xәbәrlәr

Avropa İttifaqı (Aİ) Fələstinə 199 milyon avroluq yardım paketi ayırıb
Avropa İttifaqı (Aİ) Fələstinə 199 milyon avroluq maliyyə yardımı ayırdığını açıqlayıb.