İranda Məhsa Əmininin ölümümdən sonra başlayan nümayişlər davam edir

Paytaxt Tehranla yanaşı, İsfahan, Məşhəd, Kürdüstan və Elburz vilayətinin Kərəc şəhərində toplaşan nümayişçilər hökumət əleyhinə şüarlar səsləndirib və yürüş ediblər.

1910935
İranda Məhsa Əmininin ölümümdən sonra başlayan nümayişlər davam edir

İranda Məhsa Əmininin ölümümdən sonra başlayan nümayişlər bəzi şəhərlərdə davam edir.

Paytaxt Tehranla yanaşı, İsfahan, Məşhəd, Kürdüstan və Elburz vilayətinin Kərəc şəhərində toplaşan nümayişçilər hökumət əleyhinə şüarlar səsləndirib və yürüş ediblər.

Tehranın Settar Xan bölgəsində keçirilən etiraz aksiyasında iştirak edən nümayişçilər  ətrafdakıları etirazlara qoşulmağa çağırıblar.

Şəhərin Narmek və Çitger rayonları da etirazlara səhnə olub.

Kürdüstan əyalətinin Kamyaran şəhərində keçirilən etiraz aksiyasına qatılanlar hökumət əleyhinə şüarlar səsləndiriblər, İsfahan şəhərində toplaşan etirazçılar isə şüarlar səsləndirərək yürüş ediblər.
Sentyabrın 13-də paytaxt Tehranda İrşad patrul xidməti tərəfindən saxlanıldıqdan sonra komaya düşən 22 yaşlı Məhsa Əmini sentyabrın 16-da dünyasını dəyişib. Onun ölümü etirazlara səbəb olub.



Әlaqәli Xәbәrlәr