İqor Konaşenkov Ukraynaya qarşı raket hücumları həyata keçirdiklərini bildirib

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Ukraynanın hərbi idarəetmə və enerji sistemlərinə uzaq mənzilli yüksək dəqiqlikli silahla noyabrın 23-də hücum etdiklərini bildirib.

1910866
İqor Konaşenkov Ukraynaya qarşı raket hücumları həyata keçirdiklərini bildirib

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Ukraynanın hərbi idarəetmə və enerji sistemlərinə uzaq mənzilli yüksək dəqiqlikli silahla noyabrın 23-də hücum etdiklərini bildirib.

İqor Konaşenkov Rusiya-Ukrayna müharibəsində Rusiya hərbi qüvvələrinin fəaliyyəti ilə bağlı açıqlamalar verib.

Ukraynaya qarşı raket hücumları həyata keçirdiklərini bildirən Konaşenkov deyib:

“Rusiya Silahlı Qüvvələri noyabrın 23-də Ukraynanın hərbi idarəetmə sistemlərinə və bu sistemlərlə bağlı enerji infrastrukturu obyektlərinə havadan, dənizdən və qurudan uzaq mənzilli yüksək dəqiqlikli silahlarla genişmiqyaslı hücum həyata keçirdik". 

Hücumun məqsədlərinə nail olunduğunu və müəyyən edilmiş bütün ünsürlərin vurulduğunu müdafiə edən Konaşenkov onu da deyib ki, hücum nəticəsində Ukrayna Silahlı Qüvvələrinin qatarları ilə münaqişələrin davam etdiyi bölgələrə xarici silah, hərbi texnika və sursatların daşınmasının qarşısı alınıb”. 

İ.Konaşenkov Ukraynanın paytaxtı Kiyevdəki hədəflərə qarşı hücumlar təşkil etmədiklərini irəli sürüb. 

Ukrayna qüvvələrinin Kupyansk, Krasnı liman şəhəri və Donetskin cənubundakı hücumlarının dəf edildiyini bildirən Konaşenkov buradakı qarşıdurmalarda 120-dən çox Ukrayna əsgərinin zərərsizləşdirildiyini və çoxlu sayda hərbi texnikanın məhv edildiyini iddia edib.

Rusiya sözçüsü bildirib ki, son 24 saat ərzində Ukrayna ordusuna aid 4 pilotsuz uçuş aparatı vurulub:

“Ukraynada bu günə kimi 333 təyyarə, 177 helikopter, 2558 pilotsuz uçuş aparatı, 390 hava hücumundan müdafiə raket sistemi, 6791 tank və zirehli texnika, 902 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 3616 haubitsa və minaatan, 7340 xüsusi hərbi maşın məhv edilib".



Әlaqәli Xәbәrlәr