Rusiyanın Ukraynaya raket zərbələri nəticəsində 3 nəfər həlak olub

Ukrayna Milli Polis İdarəsinin rəisi İqor Klimenko bildirib ki, noyabrın 23-də Rusiya ordusunun həyata keçirdiyi raket hücumları nəticəsində 6 nəfər ölüb, 36 nəfər yaralanıb.

1910270

İqor Klimenko Rusiya ordusunun həmin hücumlarda 16 mühüm infrastruktur obyektini hədəf aldığını da qeyd edib.

Kiyev meri Vitali Kliçko isə bildirib ki, Rusiya ordusu paytaxt Kiyevə 31 qanadlı raket atıb, onlardan 21-i Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

Ukraynanın enerji şirkəti “Ukrenerqo”dan verilən açıqlamada isə, Rusiya ordusunun raket hücumları nəticəsində ölkə daxilində su və elektrik enerjisinin kəsildiyi bildirilib.

Әlaqәli Xәbәrlәr