Suriyada PKK-nın hücumu nəticəsində 3 nəfər həlak olub

PKK/YPG-nin müxalifətin nəzarətində olan Azez rayon mərkəzinə təşkil etdiyi raket hücumunda ilkin məlumata görə 3 nəfər həyatını itirib, 8 nəfər yaralanıb.

1909731
Suriyada PKK-nın hücumu nəticəsində 3 nəfər həlak olub

Suriyada Hələbin şimalındakı Tel Rıfat rayonunda işğalını davam etdirən separatçı terror təşkilatı PKK/YPG-nin müxalifətin nəzarətində olan Azez rayon mərkəzinə təşkil etdiyi raket hücumunda ilkin məlumata görə 3 nəfər həyatını itirib, 8 nəfər yaralanıb. 

PKK/YPG terrorçuları 22 oktyabr 2019-cu ildə Türkiye ilə Rusiya arasında əldə olunan razılaşmaya əsasən boşaldılması nəzərdə tutulan Tel Rıfat rayonundan Azez rayon mərkəzini raket hücumu ilə hədəfə alıblar.

İlkin məlumata görə, hücumda 3 mülki vətəndaş həyatını itirib, bəziləri ağır olmaqla 8 mülki şəxs yaralanıb. Yaralılar ətraf xəstəxanalarda yerləşdirilib. 

Qeyd edək ki, Türkiye Silahlı Qüvvələrinin “Zeytun budağı” əməliyyatı ilə Afrindən çıxarılan PKK/YPG rayonun cənub-şərqindəki Tel Rifat bölgəsində işğalını davam etdirərkən, tez-tez Cerablus, Afrin və Azezdəki mülki yaşayış məntəqələri ilə Suriya Milli Ordusunun (SMO) cəbhə xəttlərinə tez-tez hücum təşkil edir.



Әlaqәli Xәbәrlәr