Volodimir Zelenski: "Luqansk bölgəsini geri almaq üçün irəliləməyə davam edirik"

Ukrayna Prezidenti Volodimir Zelenski Luqansk bölgəsini Rusiya ordusundan geri almaq üçün döyüşərək yavaş-yavaş irəliləməyə davam etdiklərini bildirib.

1908614

V.Zelenski noyabrın 20-də teleqram hesabından paylaşdığı videomüraciətində Rusiyaya qarşı davam edən müharibənin 270-ci gününə girdiklərini bildirib.

Rusiya qüvvələrinin ölkəsinə qarşı hava hücumlarını davam etdirdiyini deyən Zelenski hazırda ən şiddətli toqquşmaların Donetsk cəbhəsində getdiyini qeyd edib.

Ukrayna ordusunun Luqansk vilayətində irəliləyiş əldə etdiyinə diqqət çəkən Zelenski deyib:

"Luqansk bölgəsində döyüşərək yavaş-yavaş irəliləyirik. Noyabrın 20-dən bəridir şərq cəbhəsində 400-ə yaxın bombardman olub". 

V.Zelenski Rusiyanın hava zərbələri nəticəsində zədələnmiş enerji infrastrukturlarında təmir işlərinin davam etdiyini və paytaxt Kiyev başda olmaqla ölkənin 15 bölgəsində elektrik enerjisinin ötürülməsində problemlər olduğunu bildirib.

Әlaqәli Xәbәrlәr