Rusiya 11 aeroportunda uçuşlara məhdudiyyəti uzatdı

Məhdudiyyətlər Anapa, Belqorod, Bryansk, Voronej, Gəlincik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına aiddir

1907771
Rusiya 11 aeroportunda uçuşlara məhdudiyyəti uzatdı

 

  Rusiya Federasiyasının cənubunda və mərkəzi hissəsində yerləşən aeroportlarda uçuş məhdudiyyətləri yenidən uzadılıb.

  TASS agentliyi xəbər verir ki, Rosaviasiya 11 aeroportda uçuşlara məhdudiyyət rejimini 2022-ci il noyabrın 27-dək uzadıb. Məhdudiyyətlər Anapa, Belqorod, Bryansk, Voronej, Gəlincik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına aiddir.

  Xatırladaq ki, Rusiya Ukraynada apardığı müharibə ilə əlaqədar 2022-ci il fevralın 24-dən etibarən ölkənin cənubunda və mərkəzi hissəsində hava məkanının bir hissəsini mülki təyyarələr üçün bağlayıb.



Әlaqәli Xәbәrlәr