Yunanıstan İranın neft tankerini azad  edib

ABŞ-ın tələbi ilə Yunanıstanın ələ keçirdiyi İran neft tankeri sərbəst buraxılıb

1907322
Yunanıstan İranın neft tankerini azad  edib

İran: “Yunanıstan müsadirə etdiyi neft ilə dolu tankerimizi ABŞ-ın tələbi ilə azad edib”.

Bunu İranın Xarici İşlər Nazirliyi bildirib.

Nazirliyin açıqlamasında qeyd edilib ki, İran və Yunanıstan arasında əldə edilən razılaşmadan sonra İran neftini daşıyan və 6 ay əvvəl Yunanıstan tərəfindən müsadirə edilən tanker Yunanıstanın ərazi sularından ayrılıb. Tanker İrana hərəkət edib.



Әlaqәli Xәbәrlәr