Rusiya Ukrayna ilə danışıqlar barədə açıqlama verib

Rusiya Ukrayna ilə danışıqları “mövcud reallıqlar əsasında” aparmağa hazır olduğunu bəyan edib.

1904470
Rusiya Ukrayna ilə danışıqlar barədə açıqlama verib

Rusiya Ukrayna ilə danışıqları “mövcud reallıqlar əsasında” aparmağa hazır olduğunu bəyan edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova paytaxt Moskvada keçirdiyi həftəlik mətbuat konfransında gündəlikdəki məsələlərlə bağlı açıqlama verib.

Almaniyanın “Rusiya Ukrayna ilə danışıqlar aparmağa hazır deyil” açıqlamalarını dəyərləndirən Mariya Zaxarova bu məsələdə mövqeyinin dəyişməz olduğunu bildirib.

Zaxarova Ukrayna ilə danışıqlara açıq olduqlarını bildirib:

"Biz heç vaxt danışıqlardan vaz keçməmişik. Təbii ki, biz danışıqları indi ortaya çıxan reallıqları nəzərə alaraq aparmağa hazırıq". 

Almaniyanın Ukraynaya silah göndərməyə davam etdiyini qeyd edən Zaxarova “Almaniya tərəfi rəsmi Kiyev üzərindəki öz təsirindən istifadə etmək əvəzinə, böhran və münaqişə bölgələrinə silah ixracını qadağan edən öz qanunlarına zidd olaraq Kiyev rəhbərliyinə müxtəlif silah sistemləri verməyə davam edir" deyib.

Rusiya sözçüsü ABŞ-ın “Şimali Koreya Ukraynada istifadə etmək üçün Rusiyaya silah göndərib” bəyanatlarını da dəyərləndirib:

"Bu iddialara aydın əsaslandırma təqdim edilməyib və təqdim oluna da bilməz. Çünki Amerika nümayəndələrinin bəyanatları tamamilə yalandır".

Zaxarova "ABŞ Şimali Koreyaya qarşı sanksiyalar tətbiq etmək üçün bəhanə yaradır" iddiasını irəli sürüb.



Әlaqәli Xәbәrlәr