İranda etiraz aksiyalarında həyatını itirənlərin sayı 304 nəfərə çatıb

İranda Məhsa Əmininin ölümündən sonra başlayan etiraz aksiyalarına təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində həyatını itirənlərin sayının 304-ə yüksəldiyi açıqlanıb.

1902935
İranda etiraz aksiyalarında həyatını itirənlərin sayı 304 nəfərə çatıb

İranda Məhsa Əmininin ölümündən sonra başlayan etiraz aksiyalarına təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində həyatını itirənlərin sayının 304-ə yüksəldiyi açıqlanıb.
Norveçdə yerləşən İran İnsan Hüquqları Qurumunun (IHR) internet səhifəsində yayımlanan hesabatda İranda təxminən 50 gündür davam edən nümayişlərlə bağlı məlumat verilib.
Hesabatda ən çox insan itkisinin Sistan-Bəlucistan, Mazenderan, Tehran, Kürdüstan və Gilan əyalətlərində qeydə alındığı bildirilib.
Hesabatda Sistan-Bəlucistan əyalətində 118, Mazenderanda 33, Tehranda 30, Kürdüstanda 26, Gilanda 22, Qərbi Azərbaycanda 21, Kirmanşahda 13, Elborzda 4, Xorasan-ı Rezevidə 4, İsfahanda 4, Zəncanda 4, Loristanda 2, Qəzvində 2, Şərqi Azərbaycanda 2, Ərdəbildə 2,  İylamda 2, Xuzistanda 2, Həmədanda 2, Buşehrdə 1 və Simnanda 1  nümayişçinin öldüyü, ölənlərin ümumi sayının 304-ə yüksəldiyi qeyd edildi. 
Hesabatda həyatını itirən nümayişçilərdən 41-nin 18 yaşdan kiçik, 24-nün isə qadın olduğu bildirilib.
İran İnsan Hüquqları Müdafiə Agentliyinin (HRANA) yaydığı xəbərdə Məhsa Əmininin ölümündən sonra başlayan nümayişlərdə 38 mühafizəçinin həyatını itirdiyi vurğulanıb.
Sentyabrın 13-də paytaxt Tehranda İrşad patrul xidməti tərəfindən saxlanıldıqdan sonra komaya düşən 22 yaşlı Məhsa Əmini sentyabrın 16-da dünyasını dəyişib. Onun ölümü etirazlara səbəb olub. 
Nümayişlər zamanı 10 mindən çox adamın saxlanıldığı irəli sürülür.



Әlaqәli Xәbәrlәr