Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi

Rusiya ilə Ukrayna arasında fevralın 24-dən davam edən müharibədə əsir düşən əsgərlərin mübadiləsi aparılıb.

1902025
Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi

Rusiya ilə Ukrayna arasında fevralın 24-dən davam edən müharibədə əsir düşən əsgərlərin mübadiləsi aparılıb.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Ukrayna ilə aparılan danışıqlar nəticəsində 107 Rusiya əsgəri sərbəst buraxılıb.

Əsgərlərə lazımi tibbi və psixoloji dəstəyin göstərildiyi, həmin şəxslərin Nazirliyə məxsus təyyarələrlə paytaxt Moskvaya aparılacağı bildirilib.

Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak "Telegram" hesabında etdiyi paylaşımda əsirlərin mübadiləsi nəticəsində 74-ü Azovstal zavodunda döyüşənlər olmaqla 107 Ukrayna əsgərinin sərbəst buraxıldığını bildirib.

Yermak "Müharibədə yaralananların əksəriyyətini evə gətirdik. Xüsusilə Mariupol və Azovstalda ağır yaralanan və yataq xəstəsi olanları mübadilə nəticəsində evə gətirməyə nail olduq. Aralarında Yelenovskaya koloniyasında baş verən partlayışda yaralanan bir əsgərimiz də var" deyib. 

Rusiya ilə Ukrayna arasında sonuncu əsir mübadiləsi oktyabrın 29-da keçirilib və 52 Ukrayna və 50 Rusiya əsgəri sərbəst buraxılıb.



Әlaqәli Xәbәrlәr