İrandan Böyük Britaniyaya qarşı sanksiya

İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada İngiltərəyə qarşı sanksiya qərarlarının qəbul edildiyi bildirilib.

1895336
İrandan Böyük Britaniyaya qarşı sanksiya

Nazirlik terror təşkilatlarını dəstəkləmək, insan haqlarını pozmaq və İranda xaos yaratmaq ittihamı ilə Britaniyanın 4 qurumunu və 9 məmurunu sanksiya siyahısına salıb. Nazirliyin elan etdiyi sanksiyalar siyahısına Böyük Britaniya Kiber Təhlükəsizlik Mərkəzi, Kommunikasiya Mərkəzi, Valeant Media şirkətləri, Böyük Britaniyada fəaliyyət göstərən İran Beynəlxalq və BBC Fars kanalları daxildir.

Sanksiya siyahısında olan adlar arasında Böyük Britaniya Lordlar Palatasının üzvü Stüart Polak, Böyük Britaniyanın təhlükəsizlik məsələləri üzrə naziri Tom Tugendhat, İcmalar Palatasında İşçi Partiyasının İsraillə Dostluq Qrupunun rəhbəri Stiv Makkeyb, Stiven Krap da var.

Açıqlamada sanksiya siyahısına daxil edilən şəxslərin İrana buraxılmayacağı, İran sərhədləri daxilindəki bütün varlıqlarının müsadirə ediləcəyi və İran banklarından istifadə edərək əməliyyat həyata keçirə bilməyəcəkləri bildirilib.



Әlaqәli Xәbәrlәr