Rusiya prezidenti hərbi  vəziyyət haqqında fərman imzalayıb

Vladimir Putin Ukraynanın ilhaq olunan 4 vilayətində hərbi vəziyyət elan edib

1895019
Rusiya prezidenti hərbi  vəziyyət haqqında fərman imzalayıb

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın ilhaq olunan “dxr”, “lxr”, Zaporojye və Xerson vilayətlərində hərbi vəziyyətin tətbiqi haqqında fərman imzalayıb.

Bunu dövlət başçısı Təhlükəsizlik Şurasının video-konfrans formatında keçirilən iclasında açıqlayıb.

Vladimir Putinin başçılığında keçirilən yığıncaqda  miqrasiya sahəsində milli təhlükəsizliyə təhdidlərin neytrallaşdırılması, ölkənin sosial-iqtisadi inkişafı və ictimai-siyasi sabitlik maraqları naminə miqrasiya proseslərinin tənzimlənməsi ilə bağlı məsələlərə baxılıb.



Әlaqәli Xәbәrlәr