“Müvəqqəti olaraq Rusiya tərəfindən işğal edilmiş” kimi tanındı

Ali Radanın Maliyyə, Vergi və Gömrük Siyasəti Komitəsinin sədrinin birinci müavini Yaroslav Jelezniyak “Telegram” sosial media kanalında yazılı açıqlama verərək bildirib...

1895108
“Müvəqqəti olaraq Rusiya tərəfindən işğal edilmiş” kimi tanındı

 

  Ukrayna parlamentinin Ali Radası Çeçenistan İçkeriya Respublikasını “Müvəqqəti olaraq Rusiya tərəfindən işğal edilmiş” kimi tanıdı.

  Ali Radanın Maliyyə, Vergi və Gömrük Siyasəti Komitəsinin sədrinin birinci müavini Yaroslav Jelezniyak “Telegram” sosial media kanalında yazılı açıqlama verərək bildirib: " Ukrayna parlamentinin Ali Radası Çeçenistan İçkeriya Respublikasının Rusiya Federasiyası tərəfindən müvəqqəti işğal kimi tanınmasını və çeçen xalqına qarşı soyqırımın pislənməsini dəstəklədi. Sözügedən qərar 287 deputatın lehinə səsi ilə qəbul olundu”.

  Qeyd edək ki, Çeçenistan İçkeriya Respublikası 1991-ci ildə Caxar Dudayev tərəfindən Şimali Qafqazda müstəqilliyini elan etmişdi. Lakin Rusiya 1999-2000-ci illərdə apardığı müharibədən sonra Çeçenistanı Rusiya Federasiyasına bağladı.



Әlaqәli Xәbәrlәr