İranda yanğın baş vermiş həbsxanada ölənlərin sayı artıb

İranın paytaxtı Tehranda Evin həbsxanasında baş vermiş yanğın nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

1893870
İranda yanğın baş vermiş həbsxanada ölənlərin sayı artıb

Qeyd edək ki, oktyabrın 15-də İranın paytaxtı Tehranda yerləşən Evin həbsxanasında məhbuslar arasında üsyan baş verib. Hadisə zamanı məhbuslar həbsxanadakı dərzilik sexini yandırıblar.

Daha əvvəl yanğın nəticəsində ölən məhbus sayı 4, yaralı sayı isə 61 nəfər olub.

Hazırda onlardan 10-u xəstəxanada müalicə alır və 4 nəfərin vəziyyəti isə ağırdır.

 



Әlaqәli Xәbәrlәr