ABŞ Qamışlıda DEAŞ-a qarşı əməliyyat həyata keçirib

ABŞ Mərkəzi Komandanlığı Suriyada həyata keçirdikləri əməliyyatla terror təşkilatı DEAŞ-ın quldur başçılarından olan Rakkan Vahid əl-Şəmrini öldürdüklərini açıqlayıb.

1889524
ABŞ Qamışlıda DEAŞ-a qarşı əməliyyat həyata keçirib

Amerika Birləşmiş Ştatları (ABŞ) Mərkəzi Komandanlığı (CENTCOM) Suriyada həyata keçirdikləri əməliyyatla terror təşkilatı DEAŞ-ın silah və insan alverindən məsul quldur başçılarından olan Rakkan Vahid əl-Şəmrini öldürdüklərini açıqlayıb.

CENTCOM-un bəyanatında deyilir:

“Dünən (6 oktyabr 2022) gecə ABŞ Mərkəzi Komandanlığı qüvvələri DEAŞ-ın Suriyanın şimal-şərqində, Qamışlı yaxınlığındakı hücumlarına silah və insan alveri ilə dəstək verən DEAŞ-ın quldur başçılarından Rakkan Vahid əl-Şəmrini hədəf alan helikopter hücumu həyata keçirib”.

Açıqlamada Şammrinin hücumda öldürüldüyü, 1 DEAŞ üzvünün yaralandığı, ikisinin isə saxlanıldığı bildirilib.



Әlaqәli Xәbәrlәr