Ukrayna bir neçə yaşayış məntəqəsini azad edib

Ukrayna Silahlı Qüvvələri fevralın 24-də başlayan müharibənin ilk günlərində Rusiyanın nəzarəti altına aldığı Xerson vilayətində kəndlərdən birinə nəzarəti ələ keçirib.

1888965

Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin rəsmi "Telegram" hesabından edilən paylaşımda “Bu dəfə Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin əsgərləri Xerson vilayətində Mala Oleksandrivkaya nəzarəti ələ keçirib” deyilib.

Luqansk Bölgəsi Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday isə özünün "Telegram" hesabında Ukrayna ordusunun Donbasda Luqansk bölgəsində yaşayış məntəqələrinə nəzarəti bərpa etmək üçün hərəkətə keçdiyini bildirib.

Sözügedən bölgədəki bəzi yaşayış məntəqələrinin Ukrayna Ordusunun nəzarətində olduğunu bildirən Qayday "Luqansk bölgəsinin işğaldan azad edilməsinə başlanılıb. Artıq bir neçə yaşayış məntəqəsi Rusiya Ordusundan azad edilib və orada Ukrayna Silahlı Qüvvələri artıq Ukrayna bayrağını dalğalandırır" ifadələrdən istifadə edib.

Әlaqәli Xәbәrlәr