İranda etiraz aksiyalarında iştirak edən lisey şagirdləri diqqət çəkir

İranda Məhsa Əminin ölümündən sonra başlayan nümayişlər 19-cu günündə davam edərkən etiraz edən lisey şagirdləri diqqət çəkir.

1888966
İranda etiraz aksiyalarında iştirak edən lisey şagirdləri diqqət çəkir

İranda Məhsa Əminin ölümündən sonra başlayan nümayişlər 19-cu günündə davam edərkən etiraz edən lisey şagirdləri diqqət çəkir.

Ölkənin bir çox şəhərlərində və universitetlərdə təşkil edilən etirazlar son vaxtlar liseylərdə də müşahidə olunmağa başlayıb.

Sosial şəbəkələrdə Əlburz vilayətinin Kərəc şəhərində lisey şagirdlərinin şüarlar səsləndirərək yürüş edərkən görüntüləri yayılıb.

Dərsləri boykot etdiyi bildirilən şagirdlər tez-tez “Mollalar yox olmalıdır” şüarları səsləndirərək rəhbərliyə reaksiya göstəriblər. Şiraz şəhərində lisey şagirdləri avtomobillərin hərəkəti üçün əsas yolu bağlayıb və “Diktatora ölüm” şüarları ilə baş örtülərini çıxarıblar.

Lisey şagirdlərinin görüntüləri artdıqca nümayişlərin orta liseylərə də sirayət etdiyi şərh edilib.

Paytaxt Tehranda çəkildiyi iddia edilən görüntüdə lisey şagirdlərinin İran İnqilabının Rəhbəri Ayətullah Ruhullah Xomeyni və İranın dini lideri Əli Xamneyinin fotosunu cırması diqqət çəkir.

Bir məktəbin etiraz edən şagirdləri saçlarını kəsdirdiyi halda, başqa bir məktəbdə azadlıq istəyi ifadə edilir.

Yeri göstərilməyən videoda lisey şagirdləri onlara reaksiya verən sürücünün maşınına təpiklə vuraraq “Diktatora ölüm” kimi şüarlar səsləndirirlər.

Sosial şəbəkələrdə lisey şagirdlərinin bu hərəkətini dəstəkləyənlərlə yanaşı, buna qarşı çıxanlar da var.

Bir çox sosial şəbəkə istifadəçisi tələbələrin heç 18 yaşının belə olmadığını və hüquq-mühafizə orqanlarına qarşı özlərini müdafiə edə biləcək vəziyyətdə olmadığını bildirərək, lisey şagirdlərinin aksiyalarda qatılmağa cəlb edilməməyə çağırılıb.

İran rəsmiləri tez-tez bəyanatlarında nümayişçilərin yaşlarının 15-24 arasında olduğunu bildirirlər.

Xatırladaq ki, sentyabrın 13-də Tehranda "əxlaq polisi" kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da vəfat etməsi ölkədə hiddətə səbəb oldu. Sentyabrın 17-də Əmini doğulduğu Saqqızda dəfn etdikdən sonra nümayişlər ölkənin bir çox şəhərlərinə yayıldı.

İran dövlət televiziyası nümayişlər zamanı təhlükəsizlik qüvvələri də daxil olmaqla 41 nəfərin həyatını itirdiyini açıqlayıb.

Ölkənin bir çox şəhərlərində, xüsusən də Tehranda universitetlərdə nümayişlər keçirilib.

Sözügedən nümayişlər zamanı bəzi tələbələrin yaralandığı, yüzlərlə adamın nəzarətə alındığı bildirilib.



Әlaqәli Xәbәrlәr