Zelenski onlarla yaşayış məntəqəsinin işğaldan azad olunduğunu bildirib

Zelenski Ukrayna Ordusunun hazırkı müdafiə əməliyyatı çərçivəsində Ukraynanın cənubunda kifayət qədər sürətli və güclü hərəkat həyata keçirdiyini bildirib.

1888512
Zelenski onlarla yaşayış məntəqəsinin işğaldan azad olunduğunu bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Ordusunun hazırkı müdafiə əməliyyatı çərçivəsində Ukraynanın cənubunda kifayət qədər sürətli və güclü hərəkat həyata keçirdiyini bildirib.

Bu barədə dövlət başçısı ənənəvi videomüraciətində danışıb.

Zelenskinin sözlərinə görə, təkcə bu həftə onlarla yaşayış məntəqəsi artıq Rusiyanın işğalından azad edilib:

“Bu, Xerson, Xarkov, Luqansk və Donetsk vilayətlərində baş verib”.

V.Zelenski xatırladıb ki, Xerson vilayətində Lyubimovka, Xreşenivka, Zolotaya Balka, Belyaevka, Ukrainka, Bolşaya və Malaya Aleksandrovka və Davidov Brod yaşayış məntəqələri azad edilib:

“Bu heç də tam siyahı deyil... Döyüşçülərimiz dayanmır. İşğalçını bütün torpaqlarımızdan qovmağımız sadəcə zaman məsələsidir”.



Әlaqәli Xәbәrlәr