İranda Məhsa Əminin ölümündən sonra başlayan etirazlar 18-ci gündə də davam edib

Etiraz edən tələbələr həbsdə olan yoldaşlarının dərhal azadlığa buraxılmasını tələb ediblər.

1888431
İranda Məhsa Əminin ölümündən sonra başlayan etirazlar 18-ci gündə də davam edib

İranda Məhsa Əminin ölümündən sonra başlayan etirazlar 18-ci gündə də davam edib.

Etiraz edən tələbələr həbsdə olan yoldaşlarının, xüsusən də paytaxt Tehrandakı Şərif Texnologiya Universitetindəki tələbələrin dərhal azadlığa buraxılmasını tələb ediblər.

Təhlükəsizlik qüvvələrindən həbslərə son qoymasını tələb edən tələbələr hökumət əleyhinə şüarlar səsləndiriblər.

 Bir çox universitetdə nümayişlər keçirilərkən, nümayişlərə bəzi professor-müəllim heyətinin qatıldığı və tutulan tələblərin sərbəst buraxılmalarını istədikləri görülüb. 

Xatırladaq ki, sentyabrın 13-də Tehranda "əxlaq polisi" kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da vəfat etməsi ölkədə hiddətə səbəb oldu. Sentyabrın 17-də Əmini doğulduğu Saqqızda dəfn etdikdən sonra nümayişlər ölkənin bir çox şəhərlərinə yayıldı.

İran dövlət televiziyası nümayişlər zamanı təhlükəsizlik qüvvələri də daxil olmaqla 41 nəfərin həyatını itirdiyini açıqlayıb.

Ölkənin bir çox şəhərlərində, xüsusən də Tehranda universitetlərdə nümayişlər keçirilib.

Sözügedən nümayişlər zamanı bəzi tələbələrin yaralandığı, yüzlərlə adamın nəzarətə alındığı bildirilib.



Әlaqәli Xәbәrlәr