Ukrayna limanlarından daşınan taxıl

Bu günədək 260-dan çox gəmi 6 milyon tondan çox taxılı Ukrayna limanlarından başqa ölkələrə çatdırıb.

1888310
Ukrayna limanlarından daşınan taxıl

“Bu günədək 260-dan çox gəmi 6 milyon tondan çox taxılı Ukrayna limanlarından başqa ölkələrə çatdırıb”.

Türkiyenin Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar “ərzaq böhranı” riskini aradan qaldırmaq səyləri nəticəsində yaratdığı “taxıl dəhlizi” ilə daşınan taxılın həcmi 6 milyon tonu keçib.

Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, Türkiye və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib.

Qarğıdalı, buğda, günəbaxan unu, günəbaxan yağı, şəkər çuğunduru, soya, noxud və arpa kimi ərzaq məhsulları gəmilərlə daşınır.

Həmçinin bildirilib ki, bu gün Ukrayna limanlarından daha 8 gəmi yola düşüb.



Әlaqәli Xәbәrlәr